TULLANTILARDAN SƏNƏTƏ
Şagirdlər arasında ekoloji maarifləndirmə işinin aparılması məqsədilə 15 noyabr 2019-cu il tarixdə ibtidai sinif müəllimi Əhmədova Pərvanə "Təbiəti qoruyaq" şüarı altında şagirdlərlə birlikdə tullantı materialından müxtəlif əl işləri hazırladılar.
"Tullantıdan sənətə" sərginin keçirilməsində əsas məqsəd insanları israfdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Sərgidə ən bəsit və lazımsız materiallardan, tullantılardan istifadə etməklə hazırlanmış heyranedici nümunələr şagirdlərin böyük marağına səbəb oldu.