IX SİNİFLƏRDƏ MONİTORİNQ

                    Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərə dəstək məqsədilə xüsusi komissiya təşkil edib və komissiyanın qərarı ilə müvafiq proqram hazırlamışdır. Proqramın planı ilkin olaraq diaqnostik qiymətləndirmənin təşkili, ehtiyaclara uyğun olaraq qrupların formalaşdırılması, daha sonra isə bu işi yüksək səviyyədə təşkil edə biləcək fənn müəllimləri cəlb etməklə proqrama uyğun olaraq tədrisin təşkil olunmasıdır.

                    Bu məqsədlə 13 noyabr 2019-cu il tarixdə məktəbin IX siniflərində Ana dili üzrə diaqnostik qiymətləndirilmə keçirildi. IX siniflərdə 113 nəfər şagird təhsil alır. Qiymətləndirmənin şəffaf və təlimata uyğun keçirilməsini Məktəb rəhbəri Xoşqədəm Bağırova və təlim-tərbiyə işləri üzrə direktor müavini Qurban Mustafayev hər bir sinif üzrə məsul şəxslər, həmçinin qeyri fənn müəllimlərindən ibarət nəzarətçilər müəyyənləşdirildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi