"BAYRAQ MƏNLİYİMDİR BAYRAQ KİMLİYİM" MÖVZUSUNDA "DƏYİRMİ MASA"
06 noyabr 2019 cu il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi Haqverdiyeva Elnurə və VII sinif şagirdləri, “9 Noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayraq mənliyimdir, bayraq kimliyim mövzusunda “dəyirmi masa” təşkil ediblər. Qonaq qismində məktəbin direktoru Xoşqədəm Bağırova, tarix müəllimi Aynurə Osmanova iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni və bayrağa aid şeir səsləndirilib.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm
Müəllim və şagird kollektivinin iştirak etdikləri “dəyirmi masa” da bayrağımızın keçdiyi tarixi yoldan söhbət açılıb. Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş olunub. Məktəbin tarix müəllimi Aynurə Osmanova öz çıxışında bildirib ki, Azərbaycan Milli Bayrağının keçdiyi tarixi yoldan, müstəqilliyimizi təcəssüm etdirən dövlət rəmzlərindən biri olduğundan, hər bir Azərbaycan vətəndaşının milli bayrağımıza olan hörmət və ehtiramının bir müqəddəs borcu olduğundan geniş məruzə edib.
Daha sonra şagirdlər Azərbaycanın dövlət rəmzləri haqqında maraqlı məlumatlar, şeirlər təqdim ediblər.
Sonda məktəbin direktoru Xoşqədəm Bağırova bayrağımızın yaranma tarixindən, keçdiyi keşməkeşli yoldan, şagirdlərdə vətənə, bayrağa olan vətənpərvərlik hissindən danışmış. İlk dəfə 1919-cu ildə dalğalandırılan üç rəngli bayraq sonra ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də yenidən gündəmə gətirilmişdir.
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başlamışdır. Direktor bayrağımızın gələn il işğal olunmuş torpaqlarda sancılması ümidi ilə nitqinə yekun vurmuşdur.