DİAQNOSTIK QİYMƏTLƏNDİRMƏ
Oktyabrın 26–da məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə V siniflərdə Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə diaqnostik qiymətləndirmə aparılıb.
V siniflər üzrə məktəbimizdə 134 şagird təhsil alır. İmtahan saat 10:30 da başlayıb 13:30 bitib.
Qiymətləndirmənin şəffaf və təlimata uyğun keçirilməsini Məktəb rəhbəri Xoşqədəm Bağırova və Təlim-tərbiyə işləri üzrə direktor müavini Qurban Mustafayev hər bir sinif üzrə məsul şəxslər, həmçinin qeyri fənn müəllimlərindən ibarət nəzarətçilər müəyyənləşdirildilər.
Diaqnostik qiymətləndirmə bitdikdən sonra cavab kartları yığılıb məsul şəxsə təhvil verilib.