"MƏNDƏ SIĞAR İKİ CAHAN MƏN BU CAHANA SIĞMAZAM" ADLI ƏDƏBİİ- BƏDİİ KOMPOZİSİYA
Oktyabr ayının 25-də məktəbimizdə dahi şair İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan “ adlı tədbir keçirilib. Tədbiri məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əzimova Sevinc təşkil edib.
Tədbirdə Nəsimin qəzəlləri dinlənilib.Bundan əlavə Nəsiminin həyatından bəhs edən səhnəcik nümayiş etdirib, şairin qəzəllərini söyləyiblər.
Tədbirin ən diqqətçəkən məqamı isə Sami Yusufun “Nəsimi” kompozisiyasının şagirdlər tərəfindən oxunması olub.
Sonda məktəbin direktoru Xoşqədəm Bağırova çıxış edərək tədbir iştirakçılarını salamlayıb onlara dərin təşəkkürünü bildirib o çıxışında Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə respublikamızın hər yerində yüksək səviyyəli tədbirlər keçirildiyini diqqətə çatdırıb. Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir.Direktor gənclərin xalqımızın tarixi şəxsiyyətlərini yaxından tanıması baxımından təhsil müəssisələrində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, sovet dövründə Nəsiminin 600-illik yubleyinin keçirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə də şairin irsinin dərindən araşdırılması və təbliği aktual olmuşdur.1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəlinin ucaldılması,2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin qeyd edilməsi, 2018-ci ilin sentyabrında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təşkili bu dahi insanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlərdəndir.
Bu gün ölkə başçısı İlham Əliyev əsası ulu öndər tərəfindən qoyulan xalqımızın dilinə, mədəniyyətinə və dahi şəxsiyyətlərinə olan diqqət və qayğını davam etdirir. Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsündən danışaraq onun ekoloji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.