MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR

17 oktyabr 2019-cu il tarixdə məktəbimizdə “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı ədəbii-bədii kompozisiyadan ibarət tədbir keçirildi. Tədbirdə müəllimlər yuxarı sinif şagirdləri iştirak etdilər. Tədbir dövlət Himni ilə açıq elan edildi.

 Açılış üçün söz məktəbin  təlim-tərbiyə İşləri üzrə direktor müavini Qurban Mustafayevə verildi: O, çıxış edərək bildirdi ki, Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991 ci il oktyabrın 18 də qəbul edilsədə, əslində Azərbaycan özünün əsl müstəqilliyi ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib. Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyi baxımından son dərəcə əhəmiyyətli olub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli- mənəvi dəyərlərimiz bərpa edilmiş ,onun qətiyyəti,apardığı uğurlu, daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan azad olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük naliyyətlər qazanmışdır. Heydər Əliyev gücü, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məhşur kəlamına sadiq qaldığını subut etdiki “ Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır dönməzdir. Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı möhtərəm prezidentimiz İlham Əliyev durur. Cənab İlham Əliyevlə xalqımız yeni-yeni uğurlara nail olacaq,müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəyini söylədi.

 Tədbir şagirdlərin müstəqillik haqqında mahnı və şeirəri ilə davam etdi. Tədbirin sonunda şagirdlər “Müstəqillik andı”nı oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi