PEDAQOJİ HEYƏTİN İCLASI
Məktəbin fəaliyyət planına uyğun olaraq 14 oktyabr 2019-cu il tarixdə məktəbdə müəllim heyəti ilə birlikdə iclas keçirilib. Gündəlik məsələdə sinif jurnalında edilən dəyişikliklərlə barədə fənn müəllimləri və sinif rəhbərləri təlimatlandırıldı. Bu məsələ ilə əlaqədar məktəbin direktoru Xoşqədəm Bağırova və təlim-tərbiyə işləri üzrə direktor müavini Qurban Mustafayev çıxış edib. Tərbiyə işləri üzrə direktor müavini V.F.Rəcəbova sinif rəhbərlərinin gündəlikiləri, şagirdlərin nizam-intizamı, davamiyyəti və məktəbli geyimi haqqında öz fikirlərini bildirdi. Məktəbin psixoloqu Zülfiyyə Məsimova müəllimlərə şagirdlər arasında ünsiyyət formalarının düzgün yönəldilməsi, 7-8 siniflərdə şagirdlər haqqında blankların doldurulmasını vurğulayıb. Şagirdlərin psixoloji durumunun vaxtında aşkarlanmasını tövsiyyə etdi.