“BİLİK GÜNÜ”

16 sentyabr 2019-cu il tarixdə məktəbimizdə “Bilik günü”ilə əlaqədar “Salam, doğma məktəb “adlı tədbir keçirildi. Bayram tədbirində Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Z.Ə.Əliyev, məktəbin direktoru Xoşqədəm Bağırova şagirdləri,müəllimləri və qonaqları salamladı. Direktor öz çıxışında məktəbin bu ilki uğurlarından bəhs etdi. Ötən dərs ilində məktəbimizin şagirdlərinin buraxılış və qəbul imtahanlarında yüksək nəticələr göstərdiklərini vurğuladı. O bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi. Sonra tədbir bədii hissə ilə davam etdi. Şeirlər və rəqs nümunələri nümayiş etdirildi. Tədbirin sonunda “İlk Zəng” çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi