Son Zəng
Iyunun 14-də məktəbimizdə “Son zəng“ tədbiri keçirildi.
Tədbirdə BŞTİ – nin ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Gülnar Qədirova, Binəqədi Qəsəbə Bələdiyyəsinin Sədri Aytac Əliyeva, müəllim və valideynlər, məktəbin sabiq məzunları iştirak etdilər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Çıxış edən qonaqlar təhsil sahəsində qazanılan uğurlardan danışaraq məzunları, valideynləri və pedaqoji heyəti təbrik etdilər.
Məktəbin 46 nəfər şagirdi bu gün məzun oldu. 2 saat davam edən tədbirdə məzunların və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirildi, maraqlı səhnəciklər göstərildi.
Tədris ili ərzində müxtəlif olimpiadaların qalibi olmuş, eləcə də dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər, öz fəaliyyəti ilə uğurlar qazanmış müəllimlər fəxri fərman və diplomlarla təltif olundular. Məzunlarımız son zəngin sədaları altında həm kədərli həm də sevincli olan bu maraqlı tədbiri birlikdə rəqs edərək yekunlaşdırdılar.