XOCALI-QAN YADDAŞIMIZ!
26 fevral 2015-ci il tarixdə 205 №li tam orta məktəbdə Xocalı soyqırımı faciəsinin 23-cü ildönümü ilə əlaqədar pedaqoji heyət və şagirdlərin iştirakı ilə anım günü keçirildi.Mərasim Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.Xocalı faciəsi ilə əlaqədar məktəb rəhbərliyinin və müəllimlərin çıxışı oldu.Onlar öz çıxışlarında Xocalı qurbanlarının qanının yerdə qalmayacağını bildirdilər.Xalqımızın qəhrəmanlıq tarixindən söz açdılar.Bildirildi ki,Azərbaycan xalqı tarixin səhifələrində qalmadı.qəhrəman övladlarının sayəsində bu xalq bu gün də mövcuddur və işıqlı gələcəyin astanasındadır.Məktəbin şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya təşkil olundu.