1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi

İyunun 1-də məktəbin həyətində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru X.Ə.Bağırova və Binəqədi İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi Z.Ə.Əliyev iştirak edib. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.