Kiçik Akademiyanın humanitar bölməsi ilə birgə dəyirmi masa
“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkminləşdirilməsi ilə bağlı tədbirlər haqqında“ Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 2.4.4 bəndinə əsasən məktəbdə “Kiçik Akademiyanın fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər keçirilmişdir. Kiçik Akademiyanın humanitar kafedrasının üzvləri mayın 27-də “Cümhuriyyət dövründə şair və yazıçıların müraciət etdiyi mövzular haqqında fikirlərini dəyirmi masa ətrafında müzakirə etmişlər. Şagirdlər Ə.Cavad, C.Cabbarlı, M.S.Ordubadi yaradıcılığını araşdırmışlar. Onlar çıxışlarında vurğuladılar ki, Xalq Cumhuriyyəti ədəbiyyatda mövzu və məzmunca yeni əsərlərin meydana gəlməsinə problemlərin orijinal bədii həllinə rəvac verdi. Tədbirdə Kiçik Akademiyanın Prezidenti K. B. Əliyeva, humanitar kafedranın elmi rəhbərləri A. Ş. Osmanova, E. A. Haqverdiyeva iştirak etmiş şagirdlərin araşdırmaları ilə tanış olmuş, fikirlərini bildirmişlər.