Hərbi hissədə görüş
Mayın 24-də məktəbdə müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planının 3.1.3 bəndinə əsasən məktəbin Hərbi rəhbəri E.Əliyev və idman müəllimi Y.İbrahimovun təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən hərbi hissəyə şagirdlərin ekskursiyası təşkil edildi. Şagirdlər hərbi hissə il tanış oldular, onlara hərbi hissənin şəxsi heyətinin gündəlik iş rejimi və nizam-intizam qaydaları barədə ətraflı məlumat verildi.
1.1.6 bəndinə əsasən isə Azərbaycanın dünya reytinqli idman yarışları və siyasi tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi etməsi ilə əlaqədar məktəb idmançıları ilə görüş təşkil edildi.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onları vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıq göstərmiş şəxslər haqqında məlumatlandırmaq və ordu quruculuğu sahəsində dünyagörüşünü formalaşdırmaqdır.