Xocalı Qan Yaddaşımızdır

Tədbirlər planına əsasən fevralın 25-də məktəbdə müəllim, şagird və valideynlərin iştirakı ilə Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş “Xocalı Qan Yaddaşımızdır” adlı ədəbi bədii kompozisiya keçirildi. İlk öncə tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi İbrahimova İlhamə dünyanın gözü qarşısında Azərbaycan xalqına qarşı törədilən dəhşətli Xocalı soyqırımı haqqında geniş məlumat verdi. Xocalı faciəsi zamanı həlak olanların ruhu bir dəqiqlik sükutla yad edildi.
Şagirdlər tədbir zamanı Xocalı faciəsinə həsr olunmuş səhnəciklər və seirlərlə çıxış etdilər.
Həmçinin məktəbdə Xocalı faciəsinə həsr olunmuş “Xocalını unutmadıq - unutmarıq” mövzusunda rəsm və divar qəzetləri müsabiqəsi keçirildi.