Uşaq Birliyi Təşkilatı Rəhbərinin hesabatı
Yanvarın 12-də məktəbdə fəaliyyət göstərən Uşaq Birliyi Təşkilatı rəhbərinin hesabat tədbiri təşkil olundu. Tədbirdə təşkilatın 64 nəfər üzvü, məktəbin direktoru X.Ə.Bağırova təlim – tərbiyə işləri üzrə direktor müavini Q. L. Mustafayev, Azərbaycan dili müəllimləri E. A. Haqverdiyeva və İ. C. Mahmudova iştirak etdi.
Tədbiri məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Şükürova Günay öz məruzəsi ilə açıq elan etdi və bildirdi ki, UBT 1992-ci il fevral ayının 1-də Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə fəaliyyət göstərərək şagirdlərin bilik və bacarıqlarının artırılması, intellekt səviyyəsinin yüksəldilməsi, ictimai fəallığının artırılması, vətən, xeyirxahlıq, ədalət uğrunda mübarizə aparılması işinin yüksəldilməsini məktəbdə həyata keçirildiyi nəzərə çatdırıldı.
Uşaq Birliyi Təşkilatının 8 istiqamət üzrə: “Əqlin çırağı”, “Xalqımızın tarixi irsi”, “Gücümüz birlikdədir”, “İş insanın cövhəridir”, “Dünyanı gözəllik xilas edəcək”, “Yaşıl dünya”, “Güclülər, cəsurlar çeviklər”, “Mərhəmət” qrupları öz poster, təqdimat, əl işləri, səhnəcikləri və video çarxlarını təqdim etdilər.
Tədbirin sonunda məktəbimizin direktoru X. Ə. Bağırova çıxış edərək şagirdləri diplomla, məktəbin UBT rəhbərini isə Fəxri fərmanla mükafatlandırdı.