Dünya Azərbaycanlılarının Həmrəylik günü
Məktəbin ibtidai sinif şagirdlərinin iştirakı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olundu. Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə şagirdlərin əl işlərindən ibarət sərgi və sinif divar qəzetlərinin müsabiqəsi keçirildi. Tədbirdə şagirdlərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti haqqında geniş məlumat verildi. Həmçinin bayram tədbirində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş videoçarxlar nümayiş olundu. Şagirdlər tədbirdə milli rəqslər, müxtəlif xalqların rəqsləri o cümlədən vətənə, həmrəyliyə və yeni ilə aid şeirlərlə çıxış edərək ədəbi bədii kompozisiyalar nümayiş etdilər. Tədbirdə məktəbin direktoru Xoşqədəm Bağırovada iştirak etdi.