Monitorinq keçirildi
Dekabrın 26-sında məktəbimizdə şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, buraxılış fənləri üzrə keyfiyyətin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaradılması məqsədilə monitorinq keçirildi.
Monitorinq 2,4,6 və 8-ci siniflərdə təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparıldı. 2-ci siniflərdə təlim dili və riyaziyyat, 4,6 və 8-ci siniflərdə isə təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə şəffaf və qrafikə uyğun olaraq monitorinq keçirildi