Açıq dərs
Məktəbdə ibtidai sinif müəllimi Pərvanə Əhmədovanın təşkilatçılığı ilə Həyat bilgisi fənnindən “Dövlət rəmzləri” haqqında açıq dərs keçirildi Dərsdə 33 şagird iştirak etdi. Müəllim müasir texnologiyalardan istifadə etdi, şagirdlər arasında əməkdaşlığı düzgün qurdu, müasir dövlətçiliyimizdən , müstəqiliyimizin yaranmasında ulu öndərin misilsiz xidmətlərindən, Azərbaycan dövlətinin inkişafında prezident İ.Əliyevin xidmətlərindən bəhs etdi. Eyni zamanda dərs zamanı Milli qəhrəmanlarımız haqqında şagirdlərə məlumat verildi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.