Tarix və Xalça muzeyinə ekskursiya

    Məktəbin illik fəaliyət planina əsasən dil  ədəbiyyat müəllimi G.A.Süleymanovanın rəhbərliyi ilə şagirdlərin Tarix və Xalça muzeylərinə ekskursiyası təşkil olunmuşdu. Tarix muzeyində şagirdlər bələdçinin  köməyi ilə muzeyin yaranma  tarixindən, müxtəlif abidələrlə, onlarin tarixi ilə həmçinin Azərbaycanın tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi  ilə tanış oldular. Şagirdlər Hacı Zeynalabdin Tağıyevin iş kabneti, şərq zalı, kitabxanası, bilyard otağı, yataq otağı ilə taniş oldular.

 Bundan basqa  şagirdlər xalça  muzeyində də ekskursiyada oldular. Şagirdlərə xalçaçılığın qədim və geniş yayilmış sənət növü olduğundan bəhs edildi. Şagirdlərə xalçanın toxunması, xalçanın hissələri, xalça toxumaq  üçün alətlər və müasir xalçalar haqqında geniş məlumat verildi. Həmçinin  xalçaların rərgbərəngliyi şagirdlərdə xoş  təəsurat yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi