9-cu siniflərdə diaqnostik qiymətləndirmə keçirildi
Məktəbimizdə 15 dekabr 2018 ci il tarixində 9-cu siniflərdə Azərbaycan dili,Riyaziyyat,Xarici dil fənləri üzrə buraxılış imtahanlarının 2-ci mərhələsinə dair diaqnostik qiymətləndirmə keçirildi. Qiymətləndirmə saat 1000-da başlandı.İlk 30 dəqiqədə şagirdlər onlar üçün müəyyən edilmiş yerlərdə oturdular və cavab kartının düzgün doldurulma qaydası ilə tanış oldular. 1030-da sual kitabçaları paylanıldı. Başlama və bitmə vaxtı lövhədə qeyd olundu.Qiymətləndirmə 89 şagirdin hər biri iştirak etdi.Ayrılan vaxtdan düzgün istifadə edildi və qiymətləndirmədə şəffaflıq təmin olundu. Sonda cavab kartları yığılaraq direktora təhvil verildi.