Şifahi xalq ədəbiyyatının təbliği
Noyabrın 7-də məktəbin kitabxanasında VI sinif şagirdlərinin iştirakı ilə şifahi xalq ədəbiyyatının janrlarının təbliği ilə bağlı tədbir keçirildi.
Tədbir zamanı şagirdlər tərəfindən bayatılar, laylalar, tapmacalar, holavarlar, atalar sözləri dinlənildi. Şagirdlər şifahi xalq ədəbiyyatından nümunələr, qədim dövrdən bu günə qədər ana və nənələrimizin dillərində əzbər olan laylaları söylədilər. Tədbirdə məktəbin direktoru X.Ə Bağırova iştirak etdi. Tədbirin sonunda “Sarı gəlin” xalq mahnısı səsləndirildi. Sonda öz fikirlərini şagirdlərə söylədilər.