“Tütün” məmulatlarının istifadəsi qadağandır

       Məlum olduğu kimi “Tütün” məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir. Bununla əlaqədar olaraq məktəbin direktor müavinləri VIII-IX-X-XI sinif şagirdləri ilə maarifləndirici söhbətlər apardılar. Şagirdlərə tütün məmulatlarının istifadəsinin, tüstüsünün gənclərin sağlam böyüməsi və inkişafına, ətraf mühitə ziyanlı təsiri barədə geniş məlumat verildi və onlara bildirildi ki, mütəmadi olaraq məktəbin məsul şəxsləri tərəfindən reydlər keçiriləcək, yuxarı sinif şagirdlərinin üstləri və çantaları yoxlanacaq tütün məmulatları aşkarlandıqda isə şagirdə və valideynlərə ciddi xəbərdarlıq ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi