Biz hüquqlarımızı bilməli və qorumalıyıq adlı tədbir keçirilib
Noyabrın 24-də məktəbimizin 2-ci sinif şagirdlərinin iştirakı ilə “Biz hüquqlarımızı bilməli və qorumalıyıq” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə şagirdlər uşaq hüquqlarının yaranma tarixi, əhəmiyyəti və respublikamızda uşaqlara göstərilən diqqət və qayğıya həsr olunmuş şeirlər söyləyiblər. Hazırladıqları mahnı, rəqs və səhnəciklərlə tədbir iştirakçılarına hüquqların əhəmiyyətini çatdırıblar.
Tədbirin sonunda məktəbin direktoru X.Ə. Bağırova çıxış edərək şagirdlərə hazırladıqları tədbirə görə öz minnətdarlığını və uşaqlara həmişə hüquqlarını bilməyi, özlərini müdafiə etməyi tövsiyyə edib.