Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə şagirdlərin ekskursiya
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar məktəbin ibtidai sinif şagirdlərinin Qala, Yanardağ və Atəşgaha ekskursiyası təşkil edilmişdir. İlk öncə şagirdlər Atəşgah məbədi Dövlət Tarix-Memarlıq qoruğunda olublar. Məbədlə tanışlıq zamanı şagirdlərə bu qədim abidənin tarixi haqqında məlumat verilib. Atəşgah məbədi demək olar ki bütün dünyada tanınır. Daha sonra Qala və Yanardağı ziyarət etdilər. Şagirdlər böyük maraqla Yanardağda palçıq vulkanlarını müşahidə etdilər və qoruğun təbii sərvətləri haqqında geniş məlumatlar əldə etdilər.