Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar açıq dərs keçirildi
Məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar açıq dərs keçirildi. Tarix müəllimi Osmanova Aynurənin "Azərbaycanın dünəni və bu günü" mövzusunda açıq dərsi dinlənildi. Dərsin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin uğurla keçdiyi inkişaf yolunu şagirdlərə çatdırmaq oldu. Qeyd olunub ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bundan əlavə, şagirdlərə, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər göstərilib.