Xəmsə intellektual oyunu keçirildi
19.05.2018-ci il tarixdə məktəbimizdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar 8, 9, 10-cu sinif şagirdləri arasında Xəmsə intellektual yarışma keçirildi. Yarış beş komandadan ibarət Zirvə, Zəka, Uğur, Hədəf, Ulduz komandaları ilə təmsil olundu. Oyun zamanı Zirvə, Uğur, Hədəf komandaları fəal iştirak edərək intellektual oyunun yarımfinal mərhələsinə vəsiqə qazandı.