Xocalı Qan Yaddaşımızdır
Fəaliyyət planına əsasən Xocalı faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar siniflərdə videosujetlər nümayiş etdirildi. Şagirdlərə Xocalıda yaşayanların məruz qaldığı misli görünməmiş vəhşiliklər, hadisənin dəhşətləri barədə geniş məlumat verildi. Həmçinin şagirdlərin söylədikləri şeirlər o qanlı faciənin ağrı-acısının nə qədər dərin olduğunu əks etdirdi.