"Sağlam gənclik sağlam gələcəkdir" mövzusunda dəyirmi masa
Bakı şəhəri Binəqədi rayonu R.İmanov adına 205 N- li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəcəbova Vüsalə Fərhad qızının “Sağlam gənclik sağlam gələcəkdir” mövzusunda təşkil etdiyi dəyirmi masa keçirilmişdir. Tədbirdə məktəbin direktoru T.Ə.Əliyev,məktəb psixoloqu Z.Q.Məsimova, fənn müəllimləri və Təhsil problemləri İnstitutunun rəsmi nümayəndəsi də iştirak edirdi. Öncədən hazırlanmış ssenariyə əsasən məktəb şagirdlərinin çıxışları dinlənildi. Daha sonra "Narkomaniyaya yox deyək" mövzusunda video - slaydlar nümayiş etdirildi.Daha sonra “ Narkomamaniyanın törətdiyi bəlalar “ mövzusunda məktəb psixoloqunun çıxışı dinlənildi. Şagirdlərə izah edildi ki,narkomaniya təkcə insanın özünə deyil ətrafına,cəmiyyətə vurulan ağır zərbədir. Şagirdlərin nümayiş etdirdiyi video - slaydlar narkotik vasitələrin müxtəlif xəstəliklər törətdiyini və həyatın sonunu yaxınlaşdıran bir bəla olduğunu göstərir. Tədbirin sonunda çıxışlar ümumiləşdirilərək video -slaydlarda dəyirmi masa yekunlaşdı.