Metodiki Şuranın İclası keçirildi
07.12.2015-ci il tarixində 205 nömrəli tam orta məktəbdə Qurban Mustafayevin sədrliyi ilə Metodiki Şuranın İclası keçirildi.İclasda fənlər üzrə metod birləşmə sədrləri iştirak etdilər.İclasda müzakirə olunan məsələlər arasında ayrı-ayrı fənlərin tədrisi vəziyyəti,şagirdlərin fənlərə olan marağının artırılması,müəllimlərin öz peşələrinə dair biliklərinin artırılması və s. məsələlər də yer tuturdu.İclasda çıxış edən metod birləşmə sədrləri də öz nitqlərində bu və ya digər məsələlərə toxundular.