VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIR OL!
Oktyabr ayı ərzində 205 nömrəli tam orta məktəbdə "Vətənin müdafiəsinə hazır ol" devizi altında siniflərdə dəyirmi masa ətrafında söhbətlər aparılmışdır. Tərbiyə işləri üzrə direktor müavini V.F.Rəcəbova,məktəbin Uşaq birliyi rəhbəri G.X.Şükürova və fənn müəllimlərinin birgə təşkil etdikləri bu tədbirlərdə məqsəd - şagirdlərdə vətənə məhəbbət hissini gücləndirmək,onları daha da bilikli,fiziki cəhətdən çevik formada tərbiyə etməkdən ibarətdir.