"Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlər
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının Azərbaycan Respublikasında radifikasiya edilməsinin 25-ci ildönümü ərəfəsində İnsan hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə 2017- ci ilin 20 oktyabr -20 noyabr tarixlərində elan olunmuş “ Uşaq hüquqları aylığı” çərçivəsində məktəbdə “Biz hüquqlarımızı öyrənirik” adlı rəsm müsabiqəsində şagirdlər əl işlərini təqdim etmişlər. 06.10.2017-ci il tarixində IV sinif şagirdlərinin iştirakı ilə “ Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tətbir keçirildi. Tədbirdə şagirdlər hüquqları pozulmuş, təhsildən yayınan, valideyn himayəsi və nəvazişindən məhrum olan uşaqları əks etdirən səhnəciklər nümayiş etdirdilər. Tədbir zamanı məktəbin tərbiyə işləri üzrə direktor müavini R.F.Rəcəbova uşaq hüquqları aylığı ilə bağlı qəbul olunmuş qərarlardan, qanunlardan, uşaq hüquqlarının müdafiəsi və bu sahədə dövlətin atdığı addımlardan, uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühim tədbirlərdən danışdılar.