"Xəmsə" intellektual oyununun final mərhələsi keçirildi
Binəqədi rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 oktyabr Azərbaycan Respublikasının Müstəqilliyi Gününün 26-cı ildönümü ilə əlaqədar “Xəmsə” intellektual oyunu keçirildi.. Məktəbimiz “Aysberq” adlı komanda ilə çıxış edirdi. Komandanın tərkibində VII və VIII sinif şagirdləri iştirak etdilər. 15 gün davam edən və 32 məktəb arasında keçirilən bu yarışda məktəbimiz III yerə layiq görüldü.