1 oktyabr "Ahıllar günü" münasibəti ilə ahılların evinə ziyarət edilib
1 oktyabr Ahıllar günü ilə əlaqədar olaraq 30.09.2017-ci il tarixdə məktəbin direktoru B.M.Novruzova, təşkilatçı V.Rəcəbova, ingilis dili müəllimi İ.Mehrablı və yuxarı sinif şagirdlərindən 5 nəfər qəsəbədə yaşayan ahılları ziyarət etdilər. Bu təşəbbüsə Binəqədi rayon İcra hakimiyyəti və Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndələri də qoşuldular. İlk öncə Milli qəhrəman Muxtar Qasımovun anası Şəfiqə Qasımovanın evinə ziyarət edildi. Şəfiqə xanım Binəqədi rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə həkim müayinəsindən keçirildi. Daha sonra Binəqədi qəsəbəsində kimsəsiz yaşayan ahıllara baş çəkildi. Məktəbin şagirdləri ahılların evində təmizlik işləri apardılar. Hər bir ahıla “Ahıllar günü” ilə əlaqədar ərzaq sovqatı təqdim olundu.