“Sülh aylığı” ilə əlaqədar rəsm müsabiqəsi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir. Həmin aylıq çərçivəsində məktəbdə bir sıra tədbirlər həyata keçirildi. 21.09.2017-ci il tarixdə məktəbimizdə V-VII sinif şagirdləri arasında “Biz sülh istəyirik” mövzusunda asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir. Şagirdlər çəkdiyi rəsmlərdə sülhün qorunmasını, səmamızın həmişə aydın və təmiz olmasını dünyanın bütün xalqlarının əmin-amanlıq şəraitində əks etdirmişdilər.