Ekoloji aylıqlar çərçivəsində "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi"mövzusunda tədbirlər keçirilib

Məktəbimizdə “Ekoloji aylıqlar” layihəsi çərçivəsində 2017-ci ilin aprel ayı ərzində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında müxtəlif tədbirlər həyata keçirilmiş, şagirdlərə Azərbaycanın zəngin təbiəti və biomüxtəlifliyi haqqında məlumat verilmiş, bu təbii sərvətlər və onların qorunması üçün görülən işlər haqqında araşdırmalar aparılması, tədbirlər həyata keçirilməsi şagirdlərə həvalə olunmuşdur.Şagirdlərimiz də öz növbəsində bu istiqamətdə xeyli işlər görmüşlər.Belə ki, məktəbimizdə ay ərzində mövzuya həsr olunmuş dəyirmi masa, konfrans, divar qəzetləri müsabiqəsi keçirilmiş, şagirdlərin heyvanxanaya və “Binəqədi qır gölü”nə ekskursiyası təşkil olunmuşdur. Məktəbimizin şagirdləri bu tədbirlərdə müxtəlif elektron təqdimatlar hazırlamışlar ki, bunlardan “Azərbaycanın təbiəti”, “Binəqədi qır gölü”, “Azərbaycanın Qırmızı kitabına düşən bəzi quşlar”, “Azərbaycanın sitrus meyvələri”, “Xarı bülbül”, və s. göstərmək olar. 28.04.2017-ci il tarixdə isə “Ekoloji aylıq”la əlaqədar keçirilən tədbirlərin “Təbiəti sevək və qoruyaq!” adlı yekun tədbirdə təqdimatı olmuşdur.Tədbirdə şagirdlər dərman bitkilərinin faydası və nadir heyvanların ovlanmasına həsr olunmuş səhnəciklər nümayiş etdirmişlər. Bundan başqa onlar məktəbimizdə qalması üçün hazırladıqları “Qırmızı kitab” və dərman bitkilərindən topladıqları “Herbari”ni tədbir iştirakçılarına təqdim etmişlər. Şagirdlərdən bəziləri quş yuvaları düzəldərək gətirib məktəbin həyətyanı sahəsində olan ağaclardan asmış, digərləri dibçəklərdə otaq bitkiləri əkib sinif otaqlarına düzmüşlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi