20 fevral tarixində məktəbin 17 nəfərdən ibarət ibtidai sinif müəllimləri arasında "İmla yazı" işi keçirildi. İmlaya nəzarət edən şəxslər məktəbin direktor əvəzi Q.L.Mustafayev və Azərbaycan dili - ədəbiyyat fənni üzrə metod birləşmə sədri T.A.Aslanova idi. "Gültəkin qayası" adlı imla yazı mövzusu məktəbin Azərbaycan dili-ədəbiyyat fənni üzrə müəllimi Mahmudova İlhamə tərəfindən diktə edildi. İmla yazı işi 45 dəqiqə ərzində həyata keçirildi.