"Ailəm və məktəbim" layihəsi

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi ( BŞTİ)- nin 18.04.2023- cü il tarixli 3-29-59/3-2-170 F/2023 nömrəli əmrinə əsasən "Ailəm və məktəbim" layihəsinin keçirilməsi ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.

       Məktəbdə layihə ilə əlaqədar valideynlər üçün açıq həftə elan olunub. Valideynlər övladlarının dərs prosesini izləməsi ilə birgə fənn kabinetləri, tibb otağı, bufet, idman zalı, akt zalı ilə yaxından tanış olublar. Açıq qapı günündə valideynlər psixoloq və fənn müəllimləri ilə də həmsöhbət olublar.  Layihənin keçirilməsində əsas məqsəd ailə - məktəb münasibətlərinin sağlam pedoqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi