Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur
22 dekabr 2016-cı il tarixdə 205 nömrəli tam orta məktəbin IX sinif şagirdləri ilə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda tədbir keçirildi.Tədbirdə məktəbin tarix müəllimi Aynurə Osmanova Ulu öndərin həyat fəaliyyəti, nəzəri irsi haqqında ətraflı məlumatla çıxış etdi. Şagirdlərin ifasında Ulu öndərə həsr olunmuş şeirlər dinlənildi. Ulu öndərin siyasi və nəzəri irsi haqqında videoçarx nümayiş etdirildi. Azərbaycan prezidenti cənab İlham Əliyevin Heydər Əliyev siyasətini böyük uğurla davam etdirildiyi vurğulandı.