10.09.2016-cı il tarixdə 205 N-li tam orta məktəbin pedaqoji şurasının iclası keçirildi.Məktəbin direktoru T.Ə.Əliyev pedaqoji şuranı açaraq yeni 2016-2017-ci dərs ilinin başlanması və "Qurban bayramı"münasibətilə pedaqoji şura iştirakçılarını təbrik etdi. T.Ə.Əliyev 2015-2016-cı tədris ilinin yekunları və qarşıda duran vəzifələrdən danışdı.Keçən dərs ilində pedaqoji kollektivin nailiyyətlərindən və buraxılmış nöqsanlardan bəhs etdi.Təlim-tərbiyə işləri üzrə direktor müavini Q.L.Mustafayevin və bir çox müəllimlərin çıxışları dinlənildi. Pedaqoji şurada yeni dərs ilində pedaqoji kollektivin fəaliyyətini istiqamətləndirəcək müvafiq qərarlar qəbul edildi.