13 iyun 2016-cı il tarixində məktəbimizdə "Multikultiralizm"ə aid tədbir keçirildi.Məktəbin direktoru T.Əliyev tədbiri açaraq multikultiralizmin mahiyyəti və əhəmiyyəti haqqında danışaraq ölkə prezidenti cənab İlham Əliyevin 2016-cı ili multikultiralizm ili elan etdiyini bildirdi.Bu istiqamətdə ölkəmizdə mühüm tədbirlərin həyata keçirilməsi haqqında məlumat verdi.Tədbirdə Dövlət İdarəçilik Akademiyasının siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli məruzə ilə çıxış etdi.Tədbirin sonunda şagirdlərin sualları cavablandırıldı.