NİZAMİ DÜNYASI ADLI İNTELLEKTUAL YARIŞMANIN MƏKTƏB TURU

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12.03.2021- ci il tarixli F-56 nömrəli əmri ilə təsdiq olunmuş "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı" nın 6-ci bəndinin icrasını təmin etmək məqsədilə IX-XI sinif şagirdləri arasında 15 may 2021-ci il tarixdə "Nizami dünyası" adlı intellektual yarışmanın məktəb mərhələsi keçirildi.
Yarışmada IX-XI sinif şagirdləri iştirak etdi. Yarışmanın tərkibi 10 sualdan ibarət idi.
Yarışmada 11-a sinif şagirdi Ələkbərova İlkanə Anar qızı qalib gələrək ikinci mərhələyə vəsiqə qazanmışdır.