DİSTANT DƏRSLƏRDƏ DAVAMİYYƏTİ ZƏİF OLAN ŞAGİRDLƏRİN VALİDEYNLƏRİ İLƏ ONLAYN İCLAS

    18 aprel 2021-ci il tarixində virtual dərslərdə davamiyyəti zəif olan şagirdlərin valideynləri ilə onlayn iclas keçirildi. İclasda sinif rəhbəri, məktəbin direktoru Xoşqədəm Bağırova,  tərbiyə işləri üzrə direktor müavini Vüsalə Rəcəbova iştirak etdilər. Məktəbin direktoru Xoşqədəm Bağırova çıxış edərək qeyd etdiki hər bir valideyn şagirdlərin distant təhsilə qoşulmalarına ciddi nəzarət etməlidirlər.  Şagirdlərimizin yüksək nəticələr əldə etmək üçün hər birimiz səylə çalışmalıyıq. 

    Daha sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini məsələ ilə bağlı çıxış edərək bildirdi ki, məktəb rəhbərliyi tərəfindən mütamadi olaraq distant dərslər izlənilir və dərslərə qoşulmayan şagirdlərin valideynləri məsuliyyət daşıyaraq övladlarının təhsildən geri qalmamaları üçün nəzarəti gücləndirməlidirlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi