"QƏLƏBƏ DƏRSLƏRİ"
Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında BŞTİ-nin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmrinə əsasən 1.2.2 fəaliyyət istiqaməti üzrə məktəbin riyaziyyat müəllimi Bənövşə Babayevanin təşkilatçılığı ilə "Azərbaycan Ordusunun Vətən müharibəsində 44 günlük zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" mövzusunda Microsoft Teams proqramı üzərində onlayn tədbir keçirildi. Tədbirdə ilk öncə Vətən uğrunda Şəhidliyə ucalmış igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Şuşa şəhərinin və ölkənin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlər, Azərbaycan ordusunun şanlı qələbəsi barədə maarifləndirici söhbətlər aparıldı. Həmçinin tədbirdə iştirak edən şagirdlərimiz Azərbaycan xalqının qazandığı qələbə zəfər paradı haqqında öz fikirlərini qeyd etdilər.