"APREL DÖYÜŞLƏRİ ŞANLI TARİXİMİZDİR"

Məktəbin fəaliyyət planına uyğun olaraq 01.04.2021- ci il tarixdə aprel döyüşlərinin il dönümü ilə əlaqədar " Aprel döyüşləri şanlı tariximizdir" mövzusunda ingilis dili müəllimi, Babayeva Şəlalənin təşkilatçılığı ilə Microsoft Teams proqramı üzərindən onlayn dərslər keçirildi. Tədbirdə ilk öncə Aprel döyüşləri zamanı şəhid olmuş igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükütla yad olundu. Fənn müəllimi tədbir zamanı öz çıxışında bildirdi ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu. Bunun eyni zamanda hərbi vətənpərvərlik tərbiyyəsinin təbliğində böyük rolu olmuşdur. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamənı dahada artırdığını bildirdi.
Həmçinin Aprel döyüşlərinin il dönümü ilə əlaqədar onlayn inşa yazı müsabiqəsi keçirildi.