"UNUDULMAZ FACİƏ"

Məktəbin tədbirlər planına əsasən 30 mart 2021-ci il tarixdə "31 Mart Azərbaycanlıların Soyqırımı" münasibətilə Microsoft Teams proqramı üzərindən tarix müəllimi Osmanova Aynurənin təşkilatçılığı ilə "Unudulmaz faciə" adlı tədbir keçirildi.
Soyqırım qurbanlarınının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin tarix müəllimi Aynurə Osmanova 31 Mart Azərbaycanlıların Soyqırımı günü haqqında ətraflı məlumat verdi.
Şagirdlər tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş videoçarxlar nümayiş olundu.