MONİTORİNQ

     15 mart 2021-ci il tarixində Azərbaycan Respublikası  Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi  lX siniflərdə azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən monitorinq keçirildi. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin təlim nəticələrini yoxlamaq, təhsilin keyfiyyətinin müəyyənləşdirməkdən ibarətdir.

     Monitorinqin şəffaf və təlimata uyğun keçirilməsi məqsədilə  məktəb rəhbəri Xoşqədəm Bağırova və təlim -tərbiyə işləri üzrə direktor müavini Qurban Mustafayev tərəfindən  hər bir sinif və fənn üzrə məsul şəxslər, qeyri fənn müəllimlərindən ibarət nəzarətçilər müəyyənləşdirildi. Siniflər 8 qrupa bölünərək pandemiya qaydalarına uyğun olaraq müəyyənləşdirildi.

   Şagirdlərin temperaturları və əlləri dizinfeksiya olunduqdan sonra imtahan zalına buraxıldılar. Şagirdlər verilmiş vaxt ərzində qapalı test tapşırıqlarını cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdirdilər.  Nəticələr yoxlanaraq müəyyən olunmuş zamana kimi BŞTİ – yə təqdim olunacaq.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi