ANA DİLİM DOĞMA DİLİM

21 fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin,əqidə və məsləkinin milli ruhunun ifadəsidir.
21 fevral Ana dili günü ilə bağlı "Ana dilim doğma dilim" mövzusunda şagirdlərimiz videoçarxlar,rəsm müsabiqəsi və bədii qiraət müsabiqəsində iştirak etdilər.
Biz müstəqil dövlətin azad xalqın nümayəndəsiyi kimi doğma dilimizlə Azərbaycan dili ilə fəxr edirik.