BU GÜNÜMÜZ VƏ SABAHIMIZ AZƏRBAYCAN GƏNCLƏRİ

02 fevral 2021-ci il tarixdə məktəbin informatika müəllimi Əfəndiyeva Yuliyanın təşkilatçılığı ilə Microsoft Teams proqramı üzərində yuxarı sinif şagirdləri ilə 2 fevral Gənclər günü ilə əlaqədar "Bu günümüz sabahımız Azərbaycan gəncləri" mövzusunda tədbir keçirildi.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları II Vətən müharibəsi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbirin təşkilatçısı Yuliya Əfəndiyeva tədbirdə iştirak edən gənclərimizi Gənclər günü münasibətilə təbrik etdi.