1 FEVRAL ƏNƏNƏVİ TƏDRİS QİSMƏN BƏRPA OLUNDU

01 fevral 2021-ci il tarixdən ənənəvi tədris qismən bərpa olundu. İlk olaraq məktəbə I-IV siniflər həftədə 3 dəfə dərsə başladılar. Məktəb "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq hazırlanmışdır. Sinif otaqlarında və dəhlizlərdə sosial məsafənin (ən azı 1.5 m ) gözlənilməsi üçün işarələr yerləşdirilmişdir.
Şagird və müəllimlər məktəbə daxil olarkən bədən hərarətləri ölçüldü, əlləri dezinfeksiya olundu. Dəhlizdə sıxlığın yaranmaması üçün şagirdlər asudə vaxtlarını sinif otaqlarında keçirilməsi nəzərdə tutulub.