NİZAMİ GƏNCƏVİNİN 880 İLLİYİ
Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 2021ci il "Nizami ili" elan edilmişdir. Şairin 880 illiyi ilə əlaqədar olaraq məktəbimizdə bir sıra tədbirlər həyata keçirilmişdir. Onlardan biri də məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi S. Əzimovanın məktəbimizin VI ç sinfi ilə bərabər keçirdiyi, hazırladığı "Şairlər şairi Nizami"adlı video təqdimatdır. Təqdimatda ədibin həyatı, yaradıcılığı haqqında geniş məlumat verilmiş, onun Azərbaycan ədəbiyyatında açdığı uğurlu yoldan söhbət açılmışdır. Şairin həmişə saraylardan uzaq qaçdığından,kiminsə himayəsində yaşamaqdan imtina etməsindən də ətraflı danışılmışdır. Dahi Nizami yazdığı 5 poemayla nəinki Azərbaycan ədəbiyyatına, eləcə də dünya ədəbiyyatına böyük töhfələr vermiş, ilk "Xəmsə"nin banisi olmuşdur.Poemaları 30il ərzində yazıya almışdır. Hər poemada da mühüm həyati problemlər qoyulmuşdur və onların bədii həlli verilmişdir. Fərqli mövzularda yazılsalar da onları birləşdirən cəhətlər vardır.
Video çarxda şagirdlər "İsgəndərnamə"poemasından "İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi" illüstrasiyasını hazırlamış, bununla yanaşı dil-ədəbiyyat müəllimi S.Əzimova da mətnin oxusunu həyata keçirmişdir. Şagirdlər milli geyimlərdə iştirak edərək təqdimatı daha da zənginləşdirmişlər.